PART 23

 

[36:28]

Ondan (Həbib Həccardan) sonra tayfasının üstünə göydən heç bir qoşun göndərmədik və heç göndərən də deyildik.

[36:29]

(Onların cəzası) ancaq dəətli (tükürpədici) bir səs (Cəbrailin qışqırtısı) oldu. Dərhal məhv olub (şam kimi sönüb) getdilər.

[36:30]

Vay bu bəndələrin halına! Onlara elə bir peyğəmbər gəlməz ki, ona istehza etməsinlər! (Buna görə də əzaba düçar olarlar).

[36:31]

Məgər onlar (Məkkə müşrikləri) özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi və həmin nəsillərin bir daha onların yanına qayıtmadığını görmürlərmi?

[36:32]

Hamı, (bəlli) hamı (qiyamət günü) Bizim hüzurumuza gətiriləcəkdir!

[36:33]

?lü torpaq onlar üçün (qiyamət günü ölüləri dirildəcəyimizə) bir dəlildir. Biz onu (yağışla) dirildir, oradan (arpa, buğda, düyü və s. kimi) dənələr çıxardırıq, onlar da ondan yeyirlər.

[36:34]

Biz orada xurma və üzüm bağları əmələ gətirir, bulaqlar qaynadırıq ki,

[36:35]

Onların meyvələrindən və öz əlləri ilə becərdiklərindən (yaxud becərmədiklərindən) yesinlər. Hələ də şükür etməzlər?

[36:36]

Yerin yetişdirdiklərindən, onların (insanların) özlərindən və bilmədiklərindən (erkək və dişi olmaqla) cütlər yaradan Allah pakdır, müqəddəsdir! (Eyibsiz və nöqsansızdır!)

[36:37]

Gecə də onlar üçün (qüdrətimizə) bir dəlildir. Biz gündüzü ondan sıyırıb çıxardan kimi onlar zülmət içində olarlar.

[36:38]

Günəş də (qüdrət əlamətlərimizdən biri kimi) özü üçün müəyyən olunmuş yerdə seyr edən. Bu, yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən Allahın təqdiridir (əzəli hökmüdür).

[36:39]

Biz ay üçün mənzillər müəyyən etdik. Nəhayət, o (həmin mənzilləri başa vurduqdan sonra) dönüb xurma ağacının qurumuş əyri budağı kimi (hilal şəklində) olar.

[36:40]

Nə günəş aya çatar (yetişər), nə də gecə gündüzü ötə bilər. (Günəş, ay və ulduzların) hər biri (özünə məxsus) bir göydə (öz hədəqəsində, öz dairəsində) üzər.

[36:41]

?vladlarını (yaxud Nuhun tufanı vaxtı ulu babalarını müxtəlif yüklərlə) dolu gəmiyə mindirməyimiz (sonra dənizdə istədikləri yerə getmələri) də onlar üçün (qüdrətimizə) bir dəlildir.

[36:42]

Onlar üçün bunun kimi (başqa) minik vasitələri də yaratdıq.

[36:43]

Əgər istəsək, onları suya qərq edərik. Nə bir dadlarına çatan olar, nə də nicat taparlar.

[36:44]

Yalnız Bizdən bir mərhəmət olaraq və bir qədər (əcəlləri çatanadək) dolanıb keçinmələri üçün (onları xilas edərik).

[36:45]

Onlara (müşriklərə): "?nünüzdə və arxanızda olandan (dünya və axirət əzabından) qorxun ki, bəlkə, rəhm olunasınız!" - deyildikdə (dönüb gedər, öyüd-nəsihətə qulaq asmazlar).

[36:46]

Onlara Rəbbinin ayələrindən elə birisi gəlməz ki, ondan üz çevirməsinlər!

[36:47]

Onlara: "Allahın sizə verdiyi ruzidən (ehtiyacı olanlara) sərf edin!" - deyildiyi zaman, kafirlər mö'minlərə: "Allahın istədiyi təqdirdə özü yedirə biləcəyi kimsəni bizmi yedirdəcəyik?!" - deyərlər. Siz (bu e'tiqadınızla) sadəcə olaraq (haqq yoldan) açıq-aşkar azmısınız.

[36:48]

Onlar: "Əgər doğru söyləyirsinizsə, (bir xəbər verin görək) bu və'd (qiyamət günü) nə vaxt yerinə yetəcək?" - deyərlər.

[36:49]

Onlar (küçədə, bazarda) bir-biri ilə çənə-boğaz olarkən özlərini saracaq yalnız bir dəətli (tükürpədici) səsə (İsrafilin surunun birinci dəfə çalınmasına) bənddirlər.

[36:50]

Artıq nə bir vəsiyyət etməyə iqtidarları olar, nə də ailələrinin yanına qayıda bilərlər!

[36:51]

Sur (ikinci dəfə) çalınan kimi (qiyamət günü) qəbirlərindən qalxıb sür'ətlə Rəbbinin hüzuruna axışacaqlar.

[36:52]

Onlar deyəcəklər: "Vay halımıza! Bizi yatdığımız yerdən (qəbir evindən) kim qaldırdı? (Onlara belə deyiləcək: ) "Bu, Rəhmanın məxluqata buyurduğu və'ddir (qiyamət günüdür). Peyğəmbərlər doğru deyirlərmiş!"

[36:53]

Yalnız bir dəətli səs qopan (İsrafilin axırıncı dəfə surunu çalan) kimi onlar hamısı (haqq-hesab üçün) qarşımızda hazır duracaqlar.

[36:54]

Bu gün heç kəsə heç bir haqsızlıq edilməyəkdir. Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz!

[36:55]

Cənnət əhli bu gün keflə (əyləncə ilə) məşğuldur.

[36:56]

Onlar (mö'min kişilər) və zövcələri kölgəliklərdə (yumşaq) taxtlara söykənmişlər.

[36:57]

Orada onlar üçün (hər cür) meyvə və istədikləri hər şey vardır.

[36:58]

Rəhmli Rəbbdən (onlara) "salam" deyiləcəkdir.

[36:59]

(Kafirlər Cəhənnəmə varid edilərək onlara belə deyiləcək: ) "Ey günahkarlar! Bu gün (mö'minlərdən) ayrılın!"

[36:60]

Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir,

[36:61]

Və (sizə buyurmadımmı ki) Mənə ibadət edin, doğru yol budur?!

[36:62]

Həqiqətən, (Şeytan) içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi?

[36:63]

Bu sizə və'd olunan Cəhənnəmdir!

[36:64]

Kafir olduğunuza görə bu gün girin ora, yanın!

[36:65]

Bu gün (Allaha and olsun ki, biz müşrik, kafir deyildik - dediklərinə görə) onların ağızlarını möhürləyirik. Etdikləri əməllər (qazandıqları günahlar) barəsində onların əlləri Bizimlə danışar, ayaqları isə şəhadət verər.

[36:66]

Əgər istəsəydik, (dünyada) gözlərini büsbütün kor edərdik (onları zahiri gözdən də məhrum edərdik) və onda onlar (adət etdikləri) yolda bir-birini ötməyə çalışardılar (və ya doğru yolu tapmaq üçün bir-biri ilə ötüşərdilər, ora-bura vurnuxardılar). Amma (belə bir vəziyyətdə yolu) necə görə bilərdilər? (Lakin Biz onları dünyada belə bir korluğa mübtəla etmədik. Onlar Allahın qüdrət əlamətlərini görür, bununla belə öz pis yollarını tutub gedirdilər. Beləliklə, onlar iman gətirmədilər ki, gətirmədilər).

[36:67]

Əgər istəsəydik, onları lap yerlərindəcə elə bir kökə (elə bir şəklə) salardıq ki, nə irəli, nə də geri gedə bilərdilər. (Kafirləri topal edər, meymuna, donuza, daşa döndərərdik. Və ya onları evlərinin içində həlak edərdik, heç tərpənə də bilməzdilər).

[36:68]

Hər kəsə uzun ömür versək, onu xilqətcə dəyişib tərsinə çevirərik, başqa şəklə salarıq (qüvvəsini alar, gözünün nurunu aparar, hafizəsini zəiflədib bildiklərini unutdurar, özünü də uşaq kimi edərik). Məgər (kafirlər bütün bunları gördükdən sonra Allahın hər şeyə qadir olduğunu) dərk etməzlərmi?

[36:69]

Biz ona (Muhəmməd əleyhissəlama) şe'r öyrətmədik və bu ona heç yaraşmaz da (lazım da deyildir). Ona vəhy olunan ancaq öyüd-nəsihət və (haqla batili ayırd edən) açıq-aşkar Qur'andır ki,

[36:70]

Onunla diri olanları (ağıl və bəsirət sahiblərini) qorxutsun və o deyilən söz (əzəldən buyurduğumuz əzab hökmü) kafirlər barəsində gerçək olsun.

[36:71]

Məgər (Məkkə müşrikləri) Bizim ?z əllərimizlə (?z qüdrətimizlə) onlar üçün davarlar yaratdığımızı və özlərinin də onlara sahib olduqlarını görmürlərmi?!

[36:72]

Bunları (bu davarları) onların ixtiyarına verdik. Onlardan mindikləri də var, ətini yedikləri də.

[36:73]

Onların (o heyvanlarda başqa-başqa) mənfəətləri vəəcəkləri (südləri) də var. Hələ də şükür etməzlərmi?

[36:74]

(Müşriklər) bəlkə, özlərinə bir yardım oluna deyə, Allahdan başqa tanrılar (bütlər) qəbul etdilər.

[36:75]

(O bütlər) onlara heç bir kömək edə bilməzlər. Onlar özləri isə bütlər üçün (onları başqalarından qoruyan) hazır əsgərlərdir.

[36:76]

(Ya Rəsulum!) Onların (sən peyğəmbər deyilsən, şairsən) sözü səni kədərləndirməsin. Biz onların gizlində də, aşkarda da nə etdiklərini bilirik.

[36:77]

Məgər insan (As ibn Vail, yaxud Ubeyy ibn Xələf) onu nütfədən yaratdığımızı görmədimi ki, birdən-birə (Rəbbinə) açıq bir düşmən kəsilərək,

[36:78]

?z yaradılışını unudub: "Cürümüş sümükləri kim dirildə bilər?!" - deyə, hələ Bizə bir məsəl də çəkdi.

[36:79]

(Ya Peyğəmbər!) De: "Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu (yaradılışından əvvəl də, sonra da) çox gözəl tanıyandır!

[36:80]

O yaradan ki, sizin üçün yaşıl ağacdan (Ərəbistanda bitən mərx və ifar ağaclarından) od əmələ gətirdi. Budur, siz indi ondan (o iki ağacı bir-birinə sürtməklə) od yandırırsınız".

[36:81]

Məgər göyləri və yeri yaradan (bir daha) onlar kimisini yaratmağa qadir deyilmi?! Əlbəttə (qadirdir). (Hər şeyi) yaradan, (hər şeyi) bilən Odur!

[36:82]

Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın) buyurduğu ona ancaq: "Ol!" deməkdir. O da dərhal olar.

[36:83]

Hər şeyin hökmü (ixtiyarı) əlində olan (Allah) pakdır, müqəddəsdir. Siz də (qiyamət günü dirilib) Onun hüzuruna qaytarılacaqsınız!

 

As-Sâffât

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[37:1]

And olsun (Rəbbinə ibadət üçün səmada) səf-səf duranlara (mələklərə);

[37:2]

(Buludları) qovduqca qovanlara (yaxud şeytanların pis əməllərinə mane olanlara, insanlara günah işlər görməyi qadağan edənlərə)

[37:3]

Və Qur'an oxuyanlara!

[37:4]

Həqiqətən, sizin Allahınız birdir!

[37:5]

O, göylərin, yerin və onların arasında olanların (bütün məxluqatın) Rəbbidir. Məşriqlərin (şərqin və qərbin - günəşin, ayın və ulduzların doğub batdığı yerlərin) də Rəbbi Odur.

[37:6]

Biz (sizə) ən yaxın olan göy üzünü (dünya səmasını) ulduzlarla bəzədik. (Günəş, ay və ulduzlar başqa-başqa göylərdə olduqları halda, siz onların hamısını özünüzlə müqayisədə ən yaxın bir yerdə, sanki başınızın üstündə görürsünüz).

[37:7]

(Biz həm də göyü) itaətdən çıxmış hər bir şeytandan qoruduq.

[37:8]

Onlar ali bəzmə (yuxarı aləmə, mələklər aləminin söhbətlərinə) qulaq asa bilməz və hər tərəfdən (axan ulduzlar vasitəsilə) qovulub atılar.

[37:9]

(Səmadan) kənar edilərlər. Onları daimi bir əzab göyləyir!

[37:10]

Ancaq (şeytanlar içərisində mələklərin söhbətlərindən bir sözü, bir xəbəri) çırpışdıran (oğrun-oğrun öyrənən) olsa, onu da dərhal yandırıb-yaxan bir ulduz (hər şeyi dəlib keçən bir məəl) tə'qib edər.

[37:11]

İndi (ya Peyğəmbər, bu müşriklərdən) soruş: onları yaratmaq çətindir, yoxsa Bizim (başqa) yaratdıqlarımızı? [Və ya: xilqətcə onlar güclüdürlər, yoxsa Bizim (başqa) yaratdıqlarımız?] Axı Biz onları (insanların babası Adəmi) yapışqan (kimi) bir palçıqdan yaratdıq.

[37:12]

Bəli, sən onlara (müşriklərin Allahın qüdrət əlamətlərini gördükləri halda qiyamətə inanmamalarına) təəcüblənirsən, onlar isə (sənin bu inamına) istehza edirlər.

[37:13]

Onlara (Qur'anla Allahın dəlilləri ilə) öyüd-nəsihət verildikdə düşünüb ibrət almazlar.

[37:14]

Bir mö'cüzə gördükdə isə ona istehza edərlər.

[37:15]

Və belə deyərlər: "Bu ancaq açıq-aşkar bir sehrdir.

[37:16]

Məgər biz öldükdən, torpaq və sürsümük olduqdan sonra dirildiləcəyikmi?!

[37:17]

Eləcə də (bizdən) əvvəlki atalarımız (dirildiləcəklərmi)?!"

[37:18]

(Ya Peyğəmbər!) De: "Bəli, özü də zəlil (xar) olaraq (dirildiləcəksiniz).

[37:19]

O yalnız dəətli bir səsdən (İsrafilin suru ikinci dəfə üfürməsindən) ibarətdir. Onlar dərhal (dirilib başlarına gətirilən müsibətlərə) baxacaqlar.

[37:20]

Və deyəcəklər: "Vay halımıza! Bu, haqq-hesab (cəza) günüdür!"

[37:21]

(Mələklər isə onlara belə deyəcəklər): "Bu (dünyada) yalan hesab etdiyiniz (haqq ilə batili, mö'minlə kafiri) ayırd etmə günüdür!"

[37:22]

(Allah mələklərə belə buyuracaqdır: ) "Yığın bir yerə zülm (küfr) edənləri, onların həmtaylarını və ibadət etdiklərini -

[37:23]

Allahdan qeyri! Onlara Cəhənnəm yolunu göstərin!

[37:24]

Onları tutub saxlayın, çünki sorğu-sual olunacaqlar!"

[37:25]

(Mələklər istehza ilə onlara deyəcəklər: ) "Sizə nə olub ki, (bu gün dünyadakı kimi) bir-birinizə kömək edə bilmirsiniz?"

[37:26]

Bəli, onlar bu gün (Allahın əmrinə) təslim olmuşlar!

[37:27]

Onların bir qismi (tabe olanlar) digəri (öz başçıları) ilə çənə-boğaz olmağa başlayacaq.

[37:28]

(Tabe olanlar öz başçılarına) deyəcəklər: "Siz bizim yanımıza (özünüzün haqlı olduğunuz barədə) and-amanla (bizim bərəkətli və uğurlu saydığımız sağ tərəfdən) gəlirdiniz. (Əslində isə bizi haqq yoldan azdırmısınız)".

[37:29]

(Başçıları) deyəcəklər: "Xeyr, siz (Allahın vəhdaniyyətinə) inanmırdınız.

[37:30]

Və bizim sizin üzərinizdə heç bir hökmümüz də yox idi. Xeyr, siz (özünüz) azğın (günah etməkdə həddi aşmış) bir qövm idiniz.

[37:31]

Buna görə də Rəbbimizin sözü (əzab və'dəsi) bizim barəmizdə gerçəkləşdi. Biz mütləq (əzabı) dadacağıq!

[37:32]

Biz sizi yoldan çıxartdıq, çünki biz özümüz yoldan çıxmış kimsələr idik!"

[37:33]

O gün hamısı əzaba (cəhənnəm oduna yanmağa) şərik olacaqlar.

[37:34]

Həqiqətən, Biz günahkarlarla belə rəftar edirik.

[37:35]

Onlara: "Allahdan başqa heç bir tanrı yoxdur!" - deyildiyi zaman təkəbbür göstərirdilər.

[37:36]

Və: Biz heç divanə bir şairdən ötrü tanrılarımızı tərk edərikmi?!" - deyirdilər.

[37:37]

Xeyr, o, haqla (Qur'anla) gəldi və (özündən əvvəlki) peyğəmbərləri təsdiq etdi.

[37:38]

Siz (müşriklər) şiddətli əzabı mütləq dadacaqsınız!

[37:39]

Siz ancaq etdiyiniz əməllərin cəzasını alacaqsınız.

[37:40]

Allahın müxlis bəndələri isə müstəsnadırlar (onlara cəza verilməyəcəkdir).

[37:41]

Məhz onlar üçün mə'lum bir ruzi vardır.

[37:42]

(Onlar üçün) növbənöv meyvələr vardır. Onlar hörmətəərəfə) nail olacaqlar -

[37:43]

Nəim cənnətlərində.

[37:44]

Onlar taxtlar üstündə bir-biri ilə üzbəüz əyləşəcəklər.

[37:45]

Onlar üçün (cənnət saqiləri tərəfindən adamı kefləndirməyən, behiştdə çay kimi axan) məin (şərab) dolu piyalələr dolandırılacaqdır.

[37:46]

Ağappaq, özü dəənlərə ləzzət verən (bir məin).

[37:47]

Onun içində (dünyadakı şərabdan fərqli olaraq) ağlı başdan çıxaran (başağrısı, süstlük verən) heç bir şey yoxdur. Onlar ondan məst də olmazlar.

[37:48]

Onların yanında gözəl (irigözlü), baxışları (yalnız ərlərinə) dikilmiş zövcələr olacaqdır.

[37:49]

Onlar, sanki örtülü (bağlı, heç bir əl dəyməmiş, qabığı içində təzə-təzə qalmış, ağappaq) yumurtadırlar (yaxud sədəf içində gizlənmiş incidirlər).

[37:50]

Onlar bir-biri ilə (dünyada gördükləri barədə) sorğu-suala (söz-söhbətə) başlayacaqlar.

[37:51]

Onlardan biri belə deyəcək: "Mənim bir yoldaşım var idi.

[37:52]

O deyirdi: "Sən, doğrudan da, inanmırsan ki,

[37:53]

Biz öldükdən, torpaq və sür-sümük olduqdan sonra (dirildilib) sorğu-sual olunacağıq (və əməllərimizə görə cəzalandırılacağıq)?"

[37:54]

(Sonra həmin şəxs Cənnətdəki yoldaşlarına) deyəcək: "Siz (indi onun nə halda olduğunu) bilirsinizmi?" (Onlar: "Xeyr", - deyə cavab verəcəklər).

[37:55]

O özü baxıb onu (yoldaşını) Cəhənnəmin ortasında görəcək

[37:56]

Və (ona üz tutub) deyəcəkdir: "Allaha and olsun ki, sən az qala məni (yoldan çıxardıb) məhv edəcəkdin!

[37:57]

Əgər Rəbbimin lütfü olmasaydı, mən də (Cəhənnəmə) gətirilənlərdən olardım!

[37:58]

Biz artıq ölməyəcəyik, elə deyilmi?

[37:59]

(Dünyadakı) ilk ölümümüz istisna olmaqla! Biz, əzad da görməyəcəyik!"

[37:60]

Həqiqətən, bu, böyük qurtuluşdur (uğurdur)!

[37:61]

Qoy (dünyada) çalışanlar bunun üçün (belə bir əbədi səadət uğrunda) çalışsınlar!

[37:62]

(Ey insanlar!) Qonaq olmağa (ziyafət üçün) bu (Cənnət) yaxşıdır, yoxsa (Cəhənnəmdəki pis qorxulu, meyvəsi zəhər kimi acı) zəqqum ağacı?

[37:63]

Biz onu zalımlar (cəhənnəm istisində heç bir ağac bitməz deyən kafirlər) üçün bir bəla (dərd) etdik.

[37:64]

O elə bir ağacdır ki, Cəhənnəmin lap dibindən (cəhənnəm odunun içindən) çıxar.

[37:65]

Onun meyvəsi şeytanların başı kimidir (olduqca çirkin və əcaibdir).

[37:66]

Onlar (cəhənnəm əhli) ondan yeyəcək və qarınlarını onunla dolduracaqlar.

[37:67]

Sonra onlar üçün (içməyə) qaynar su ilə qatışmış irin vardır.

[37:68]

Daha sonra onların qayıdacaqları yer mütləq yenə Cəhənnəmdir!

[37:69]

Cünki onlar atalarını (dünyada haqq yoldan) azmış gördülər.

[37:70]

Bununla belə yüyürə-yüyürə onların ardınca düşüb getdilər.

[37:71]

Həqiqətən, onlardan (Məkkə müşriklərindən) əvvəlkilərin (keçmiş ümmətlərin) əksəriyyəti (haqq yoldan) azmışdı.

[37:72]

And olsun ki, Biz onlara (Allahın əzabı ilə) qorxudan peyğəmbərlər göndərmişdik.

[37:73]

(Ya Rəsulum!) Bir gör o qorxudulanların (lakin düz yola gəlməyənlərin) axırı necə oldu!

[37:74]

Yalnız Allahın sadiq bəndələrindən başqa! (Onlara heç bir əzab verilmədi).

[37:75]

Həqiqətən, Nuh (öz tayfasının məhv edilməsi barədə) Bizə dua etmiş, onun duası necə də gözəl qəbul olunmuşdu!

[37:76]

Biz (Nuh qövmünü suda boğub) onu və ailəsini böyük fəlakətdən qurtardıq.

[37:77]

Məhz onun nəslini (qiyamətə qədər yer üzündə) baqi etdik.

[37:78]

Sonralar gələnlər içərisində onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq.

[37:79]

(Onu belə yad edirlər: ) "Bütün aləmlər (bəşər əhli) içərisində Nuha salam olsun!"

[37:80]

Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!

[37:81]

Şübhəsiz ki, o Bizim mö'min bəndələrimizdən idi!

[37:82]

Sonra başqalarını (Nuha iman gətirməyənləri) suda boğduq.

[37:83]

Həqiqətən, İbrahim də onun yolu ilə gedənlərdən (Nuhun firqəsindən) idi.

[37:84]

O zaman o öz Rəbbinin hüzuruna tərtəmiz bir qəlblə gəlmişdi.

[37:85]

Həmin vaxt o, atasına və tayfasına belə demişdi: "Siz nəyə ibadət edirsiniz?

[37:86]

Allahı qoyub yalançı tanrılarımı istəyirsiniz?

[37:87]

Aləmlərin Rəbbi barəsində zənniniz nədir?" (Onun ruzisini yeyib bütlərə tapınırsınız? Məgər bunun cəzasını çəkməyəcəksiniz?!)

[37:88]

(İbrahim) ulduzlara bir nəzər saldı.

[37:89]

Və (ətrafındakıları özündən uzaqlaşdıqmaq məqsədilə) dedi: "Mən xəstəyəm!"

[37:90]

(İbrahimin yanındakılar xəstəliyin onlara yoluxmasından qorxaraq, həm də o gün qeyd edəcəkləri bayrama tələsərək) ondan üz çevirib getdilər.

[37:91]

(İbrahim) xəlvətcə onların tanrılarının yanına gedib (istehza ilə) dedi: "Məgər (yanınızda olan bu təamları) yeməyəcəksiniz?

[37:92]

Sizə nə olub ki, danışmırsınız?"

[37:93]

Sonra bütlərin üstünə yüyürüb sağ əli ilə onlara möhkəm bir zərbə endirdi.

[37:94]

(Bundan xəbər tutan tayfası) yüyürə-yüyürə onun yanına gəldi.

[37:95]

(İbrahim onlara) dedi: "Siz özünüz yonub düzəltdiyiniz şeylərəmi ibadət edirsiniz?

[37:96]

Halbuki sizə də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!"

[37:97]

Onlar dedilər: "Bunun (İbrahim) üçün bir bina tikin, (içərisini odunla doldurub) özünü də oda atın!"

[37:98]

Onlar onun üçün belə bir hiyə qurmaq istədilər, Biz isə onları çox səfil (zəlil) bir vəziyyətə saldıq. (Hiylələri baş tutmadı, İbrahimə heç bir şey edə bilmədilər).

[37:99]

(İbrahim oddan xilas olduqdan sonra) dedi: "Mən Rəbbimə doğru (Allahın mənə buyurduğu yerə - Şama tərəf) gedirəm. O mənə doğru yolu mütləq göstərəcəkdir!"

[37:100]

(İbrahim müqəddəs torpağa yetişdikdən sonra dua edib) dedi: "Ey Rəbbim! Mənə salehlərdən olan (bir övlad) bəxş et!"

[37:101]

Biz də ona həlim xasiyyətli bir oğlan uşağı (İsmail) ilə müjdə verdik.

[37:102]

O, yüyürüb qaçmaq (atasına kömək edə bilmək) çağına (on üç yaşına) çatdıqda (İbrahim) dedi: "Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən!" O dedi: "Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən!"

[37:103]

Onların hər ikisi (Allahın əmrinə) təslim olduğu və (İbrahim İsmaili qurban kəsmək üçün) üzüstə yerə yıxdığı zaman

[37:104]

Biz ona belə xitab etdik: "Ya İbrahim!

[37:105]

Artıq sən rö'yanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin!" (Sənə yuxuda nə əmr olunmuşdusa, onu yerinə yetirdin. Allah sənə lütf edərək oğlunun yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.

[37:106]

Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi.

[37:107]

Biz ona böyük bir qurbanlıq (Habilin qurbanlıq qoçunu) əvəz verdik.

[37:108]

Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq.

[37:109]

(Onu belə yad edirlər: ) "İbrahimə salam olsun!"

[37:110]

Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!

[37:111]

Şübhəsiz ki, o Bizim mö'min bəndələrimizdən idi!

[37:112]

Ona salehlərdən olan İshaqın peyğəmbər olacağı ilə müjdə verdik.

[37:113]

Biz ona İshaqa (peyğəmbərliklə, övlad çoxluğu ilə) bərəkət verdik. Onların hər ikisinin nəslindən yaxşı işlər görən də var, açıq-aşkar özünə zülm edən də!

[37:114]

Biz Musa və Haruna da ne'mət (peyğəmbərlik) bəxş etdik.

[37:115]

Onların hər ikisini böyük fəlakətdən (Fir'onun əsarətindən, yaxud suda boğulmaqdan) qurtardıq.

[37:116]

Onlara yardım etdik və onlar (düşmənə) qalib gəldilər.

[37:117]

Onların hər ikisinə (hökmləri) açıq-aydın o kitabı (Tövratı) verdik.

[37:118]

Onların hər ikisini doğru yola müvəffəq etdik.

[37:119]

Sonradan gələnlər içərisində onların hər ikisi üçün (yaxşı ad, gözəl xatirə) qoyduq.

[37:120]

(Onları belə yad edirlər: ) "Musaya və Haruna salam olsun!"

[37:121]

Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!

[37:122]

Şübhəsiz ki, onların hər ikisi Bizim mö'min bəndələrimizdən idi.

[37:123]

Həqiqətən, İlyas da (Bizim tərəfimizdən göndərilmiş) peyğəmbərlərdəndir!

[37:124]

Bir zaman o öz tayfasına belə demişdi: "Məgər (bütlərə ibadət etməklə) Allahdan qorxmursunuz?

[37:125]

Məgər siz yaradanların ən yaxşısını (Allahı) qoyub Bə'lə (Bə'l adlı bütə) ibadət edirsiniz?

[37:126]

Həm sizin Rəbbiniz, həm də (sizdən) əvvəlki atalarınızın (babalarınızın) Rəbbi olan Allahımı (tərk edirsiniz)?"

[37:127]

Lakin onlar onu təkzib etdilər, buna görə də (qiyamət günü Cəhənnəmə) gətiriləcəklər.

[37:128]

Yalnız Allahın müxlis bəndələrindən başqa!

[37:129]

Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq.

[37:130]

(Onu belə yad edirlər: ) "İlyasinə (İlyasa) salam olsun!"

[37:131]

Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!

[37:132]

Şübhəsiz ki, o Bizim mö'min bəndələrimizdən idi!

[37:133]

Həqiqətən, Lut da peyğəmbərlərdəndir!

[37:134]

(Ya Rəsulum!) Yadına sal ki, Biz o vaxt (Lut tayfasına müsibət üz verdiyi zaman) onu və bütün ailəsini xilas etdik.

[37:135]

Yalnız əzab içində qalanlar arasında olan qoca qarıdan (Lutun övrətindən) başqa!

[37:136]

Sonra isə başqalarını (iman gətirməyənləri) yox etdik.

[37:137]

Siz (Şama getdiyiniz zaman) səhər vaxtı onların yurdundan keçirsiniz;

[37:138]

Eləcə də axşam vaxtı. Məgər bir düşünüb-daşınmırsınız?

[37:139]

Həqiqətən, Yunis də (Bizim təfəfimizdən göndərilmiş) peyğəmbərlərdəndir!

[37:140]

(Ya Peyğəmbər!) Yadına sal ki, bir zaman o, (qövmünün küfrü üzündən yük və adamla) dolu bir gəmiyə qaçmışdı.

[37:141]

(Gəmidə olanlar) püşk atmış və (püşk ona düşdüyü üçün) məğlub edilənlərdən olmuşdu. (Yunis gəmiyə mindiyi zaman gəmi yerindən tərpənməmiş, buna görə də sərnişinlər: "Yəqin ki, içərimizdə ağasından qaçmış kölə vardır", - demişdilər. Kölənin kim olduğunu bilmək üçün püşk atılmış və o, Yunisə düşmüşdü. Yunis özünü dənizə atmağa məcbur olmuşdu).

[37:142]

(Yunis Allahın izni olmadan qövmünü tərk edib getdiyinə görə) özünü qınayarkən (dənizə atılarkən) balıq onu udmuşdu.

[37:143]

Əgər o, (Allahı) çox təqdis edənlərdən (namaz qılanlardan) olmasaydı,

[37:144]

Yəqin ki, balığın qarnında qiyamət gününə qədər qalardı.

[37:145]

Nəhayət, o, xəstə olduğu halda onu boş bir yerə (sahilə) atdıq.

[37:146]

Və (başı) üstündə (ona kölgə salmaq üçün) iri yarpaqlı bir ağac (yaxud qabaq tağı) bitirdik.

[37:147]

Biz onu yüz min nəfərə və daha çox kimsəyə peyğəmbər göndərdik.

[37:148]

Nəhayət, onlar ona (Yunisə) iman gətirdilər və Biz də onlara müəyyən vaxtadək (ömürlərinin axırına kimi) gün-güzəran verdik.

[37:149]

(Ya Peyğəmbər! İndi o müşriklərdən) soruş: "Deməli, qızlar sənin Rəbbinin, oğlanlar isə onların özlərinindir, eləmi?"

[37:150]

Yoxsa Biz mələkləri dişi yaratmışıq və onlar da (buna) şahid olublar?!

[37:151]

Xəbərin olsun ki, onlar öz yalanları üzündən mütləq belə deyəcəklər:

[37:152]

Allah övlad törətmişdir (mələklər Onun qızlarıdır). Onlar, həqiqətən, yalançıdırlar!

[37:153]

Məgər Allah (mələkləri özünə övlad götürməklə) qızları oğlanlardan üstünmü tutmuşdur?!

[37:154]

Sizə nə olmuşdur, necə mühakimə yürüdürsünüz?

[37:155]

Heç düşünürsünüz?!

[37:156]

Yoxsa sizin açıq-aşkar bir dəliliniz vardır?!

[37:157]

Əgər doğru danışırsınızsa, kitabınızı gətirin!

[37:158]

(Müşriklərə həm də özlərindən) Onunla (Allahla) cinlər (pərilər, yaxud mələklər) arasında bir qohumluq əlaqəsi icad etdilər. Həqiqətən, cinlər onların (bu sözü deyənlərin qiyamət günü Cəhənnəmə) gətiriləcəyini bilirlər.

[37:159]

Allah (müşriklərin) Ona aid etdikləri sifətlərdən təmamilə uzaqdır!

[37:160]

Allahın müslis (mö'min) bəndələri isə istisnadır.

[37:161]

(Ey Müşriklər!) Nə siz, nə də ibadət etdikləriniz

[37:162]

Heç kəsi tovlayıb yoldan çıxara bilməzsiniz;

[37:163]

Yalnız Cəhənnəmə girəcək kimsədən başqa!

[37:164]

(Cəbrail Peyğəmbər əleyhissəlama belə dedi: ) "Bizdən (mələklərdən) elə birisi yoxdur ki, onun (səmada Allaha ibadət üçün) müəyyən bir yeri olmasın!

[37:165]

Həqiqətən, biz səf-səf dururuq.

[37:166]

Və (Allahı) təqdis edib şə'ninə tə'riflər deyirik.

[37:167]

(Məkkə müşrikləri) tə'kidlə belə deyirdilər:

[37:168]

Əgər bizdə əvvəlkilərin kitablarından biri olsa idi,

[37:169]

Biz də mütləq Allahın müxlis bəndələri olardıq! "

[37:170]

Amma onu (Qur'anı) inkar etdilər. Onlar (küfrlərinin aqibətini) mütləq biləcəklər.

[37:171]

And olsun ki, peyğəmbər bəndələrimiz haqqında əvvəlcədən (lövhi-məhfuzda) bu sözümüz deyilmişdi:

[37:172]

Onlar mütləq qalib gələcəklər.

[37:173]

Bizim əsgərlərimiz (mö'minlər) labüd olaraq (kafirlərə) zəfər çalacaqlar! "

[37:174]

(Ya Peyğəmbər!) Sən bir müddət (Bədr vuruşuna, yaxud Məkkənin fəthinədək) onlardan üz çevir!

[37:175]

Və (kənardan) onlara bax! Onlar mütləq (küfrlərinin aqibətini) görəcəklər!

[37:176]

Onlar əzabımızın tezliklə gəlməsini istəyirlər?

[37:177]

(O əzab) onlara yetişdikdə (evlərində ikən başlarının üstünü aldıqda) qorxudulanların (lakin yola gəlməyənlərin) sabahı necə də pis olacaq!

[37:178]

(Ya Peyğəmbər!) Sən onlardan bir müddət üz çevir!

[37:179]

Və (kənardan) onlara bax! Onlar mütləq (küfrlərinin aqibətini) görəcəklər!

[37:180]

Sənin Rəbbin - yenilməz qüvvət sahibi (mülkündə hər şeyə qalib) olan Rəbbin (müşriklərin) Ona aid etdikləri sifətlərdən tamamilə uzaqdır!

[37:181]

Peyğəmbərlərə salam olsun!

[37:182]

Aləmlərin Rəbbi olan Allaha həmd olsun!

 

Sâd

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[38:1]

Sad! (Şanlı-şərəfli) öyüd-nəsihətlə dolu Qur'ana and olsun!

[38:2]

(Məkkə kafirlərinin iman gətirməmələri heç də, onların dediyi kimi, şəkk-şübhə üzündən deyildir). Doğrusu, o kafirlər qürur və nifaq içindədirlər. (İman gətirməyi özlərinə sığışdırmır. Muhəmməd əleyhissəlama qarşı çıxıb onunla ədavət aparırlar).

[38:3]

Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik. Onlar fəryad edib kömək diləyirdilər, lakin artıq (əzabdan) qaçıb can qurtarmaq vaxtı deyildi.

[38:4]

Onlar öz içərilərindən özlərinə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gəlməsinə təəccüb etdilər və kafirlər belə dedilər: "Bu, yalançı bir sehrbazdır!

[38:5]

Əcaba, o, (Allahdan başqa heç bir tanrı yoxdur deməklə) tanrıların hamısını bir tanrımı edir? Bu, doğrudan da, çox təəcüblü bir şeydir.

[38:6]

Onların ə'yanları (toplandıqları məclisdən) çıxıb gedərək (bir-birinə) belə dedilər: "Gedin öz tanrılarınıza (ibadətdə) möhkəm (səbatlı) olun. (Bizdən) istənilən şey budur (tövhiddir).

[38:7]

Biz bunu (Muhəmmədin dediklərini) sonuncu dində (xaçpərəstlikdə) də eşitməmişik. Bu ancaq bir uydurmadır.

[38:8]

Məgər Qur'an aramızdan onamı nazil olmuşdur?! (Halbuki o, yaşca bizdən kiçik, özü də kasıbdır)". Doğrusu, onlar Mənim Qur'anım barədə şəkk-şübhə içindədirlər. Doğrusu, onlar hələ Mənim əzabımı dadmamışlar!

[38:9]

Yoxsa (ya Peyğəmbər!) Sənin yenilməz qüvvət, kərəm sahibi olan Rəhbinin rəhmət xəzinələri onlara məxsusdur?!

[38:10]

Yaxud göylərin, yerin və onların arasında olan hər şeyin ixtiyarı onların əlindədir?! Elə isə qoy iplərdən yapışıb (göyə) qalxsınlar! (Kainatın hökmünü öz əllərinə alıb onu idarə etsinlər. İstədiklərinə peyğəmbərlik verib ona vəhy göndərsinlər!)

[38:11]

Onlar (müşriklər) burada (yaxın zamanlarda baş verəcək Bədr vuruşunda, yaxud Məkkənin fəthində) müxtəlif firqələrdən ibarət məğlubiyyətə uğrayacaq bir ordudurlar.

[38:12]

Onlardan əvvəl Nuh qövmü, Ad və sarsılmaz səltənət (möhtəşəm binalar və ya hündür qayalar, dar ağacları) sahibi Fir'an da (peyğəmbərləri) təkzib etmişdi.

[38:13]

Eləcə də Səmud, Lut qövmü, Əykə əhli (Şüeyb tayfası) - bu firqələrin

[38:14]

Hər biri peyğəmbərləri ancaq yalançı saymışdı. Buna görə də əzabım (onlara) vacib oldu.

[38:15]

Bunlar (Məkkə müşrikləri) yalnız bir dəətli (tükürpədici) səsə (İsrafilin suru bircə dəfə üfürməsinə) bənddirlər. (Surun çalınması vaxtı gəlib çatdıqda isə) o, bir an belə gecikməz!

[38:16]

Onlar (istehza ilə): "Ey Rəbbimiz! Tez ol, bizim payımızı (əməl dəftərimizi, yaxud xeyirdən, şərdən payımıza nə düşəcəksə) haqq-hesab (qiyamət) günü gəlməmişdən əvvəl ver!" - dedilər.

[38:17]

(Ya Peyğəmbər!) Onların dediklərinə səbr et və qüvvətli bəndəmiz Davudu yadına sal! Cünki o, daim Allaha sığınan bir kimsə idi. (Davud böyük qüdrət, möhtəşəm səltənət sahibi olmasına baxmayaraq günaşırı oruc tutar, gecələri durub namaz qılar, dünya malına, naz-ne'mətinə aludə olmayıb yalnız Allah rizasını qazanmaq diləyərdi).

[38:18]

Biz dağları ona ram etmişdik. Onlar axşam-səhər onunla birlikdə (Allahı) təqdis edib şə'ninə tə'riflər deyərdilər.

[38:19]

Biz quşları da toplu halda (onun ixtiyarına vermişdik), hamısı ona tərəf yönəlməkdə idi.

[38:20]

Biz onun mülkünü (səltənətini) möhkəmləndirmiş, ona hikmət (peyğəmbərlik) və (haqla batili ayırd edib) düzgün hökm vermək qabiliyyəti bəxş etmişdik. (Davud çox müşkül məsələləri asanlıqla həll edər, ədalətli hökm çıxarardı).

[38:21]

(Ya Peyğəmbər!) Sənə (Davudun padşahlığı vaxtı) dava edənlərin xəbəri gəlib çatdımı? O zaman onlar (Davuda məxsus) mə'bədə (ibadət vaxtı ora daxil olmaq qadağan edildiyi üçün) divardan aşıb gəlmişdilər.

[38:22]

Onlar Davudun yanına gəlikdə (Davud) onlardan (mə'bədə qapıdan deyil, divardan aşıb daxil olduqları üçün) qorxdu. Onlar dedilər: "Qorxma, biz bir-birimizə haqsızlıq etmiş iki iddiaçıyıq. Aramızda ədalətlə hökm et, haqqı tapdalama (heç birimizin tərəfini saxlama) və bizə doğru yolu göstər!"

[38:23]

(Onlardan biri dedi: ) "Bu mənim (din) qardaşımdır. Onun doxsan doqquz dişi qoyunu, mənim isə bircə dişi qoyunum vardır (yaxud onun doxsan doqquz zövcəsi, mənim isə bircə zövcəm var). Belə bir vəziyyətdə: "Onu mənə ver! (Məni ona sahib et!)" - dedi və (dildən pərgar olduğu üçün) mübahisədə məni məğlub etdi".

[38:24]

(Bu sözləri eşidən Davud o biri iddiaçı ağzını açmağa macal tapmamış) dedi: "O sənin bircə qoyununu öz qoyunlarına qatmaq istəməklə, şübhəsiz ki, sənə zülm etmişdir. Doğrudan da, şəriklərin çoxu bir-birinə haqsızlıq edər. Yalnız iman gətirib yaxşı işlər görənlərdən savayı! Onlar da (təəssüf ki) çox azdırlar!" (İddiaçılar bir-birinə baxıb güldükdən, yaxud çıxıb getdikdən sonra) Davud (bu işdən şübhəyə düşərək) Bizim onu imtahana çəkdiyimizi güman etdi. O dərhal Rəbbindən öz bağışlanmasını dilədi və dizi üstə düşüb səcdəyə qapanaraq tövbə etdi.

[38:25]

Biz bunu (o biri iddiaçını dinləməyərək onu zülmkar adlandırmasını və ya belə bir səhv zənnə düşməsini) ona bağışladıq. Həqiqətən, o, (qiyamət günü) dərgahımıza yaxın olacaq və onun qayıdıb gələcəyi yer də gözəl olacaqdır (yaxud onu dünyada çoxlu ne'mət, axirətdə isə gözəl sığınacaq - Cənnət gözləyir).

[38:26]

Ya Davud! Biz səni yer üzündə xəlifə (və ya əvvəlki peyğəmbərlərə xələf) etdik. Buna görə də insanlar arasında ədalətlə hökm et, nəfsdən gələn istəklərə uyma, yoxsa onlar səni Allah yolundan sapdırar. Şübhəsiz ki, Allah yolundan sapanları haqq-hesab gününü unutduqları üçün şiddətli bir əzab gözləyir!

[38:27]

Biz göyü, yeri və onların arasında olanları (bütün məxluqatı) boş-boşuna yaratmadıq. Bu, kafirlərin zənnidir. Vay cəhənnəm odunda yanacaq kafirlərin halına!

[38:28]

Yoxsa Biz iman gətirib yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənlərlə eyni tutacağıq?! Yaxud Allahdan qorxub pis əməllərdən çəkinənləri günahkarlara tay edəcəyik?!

[38:29]

(Ya Peyğəmbər! Bu Qur'an) sənə nazil etdiyimiz mübarək (xeyir-bərəkətli) bir Kitabdır ki, (insanlar) onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də (ondan) ibrət alsınlar!

[38:30]

Biz Davuda Süleymanı bəxş etdik. Nə gözəl bəndə! O, daim Allaha sığınan bir kimsə idi. (Onun rizasını qazanmaq diləyirdi).

[38:31]

(Bir gün) axşamüstü ona cins (bir ayağını dırnağı üstünə qoyub, üç ayağı üstündə duran), çapar atlar göstərildiyi zaman

[38:32]

O dedi: "Mən gözəlliyi (bu atları) Rəbbimin zikrindən (Tövratdan) dolayı sevirəm (çünki Allahın dinini qüvvətləndirmək üçün bir cihad vasitəsi kimi onların tə'rifi Tövratda mövcuddur). Nəhayət, (o atlar Süleymanın gözündən) qeyb olub gizləndi. (Və ya: bu atlara olan məhəbbəti məni Rəbbimin zikrindən yayındırdı. O qədər onlara tamaşa etdim ki, ikindi namazı qıla bilmədim)".

[38:33]

(Süleyman dedi: ) "Onları (atları) mənə qaytarın!" (Atlar qaytarılıb gətirildikdən sonra) onların qıçlarını və boyunlarını sığallamağa başladı. (Yaxud onu ibadətdən yayındırdıqları üçün onları qurban kəsib fəqir-füqəraya payladı).

[38:34]

And olsun ki, Biz Süleymanı (etdiyi bir xəta üzündən) imtahana çəkdik. Taxtının üstünə (ruhsuz) bir cəsəd atdıq (və ya: taxtının üstünə bir cin oturtduq). Sonra o (peşman olub tövbə etdi və yenidən öz mülkünə, öz taxtına) qayıtdı.

[38:35]

(Süleyman dua edib) dedi: "Ey Rəbbim! Məni bağışla və mənə elə bir mülk (səltənət) ver ki, məndən sonra (o cürəsinə) heç kəs nail ola bilməsin. Həqiqətən, Sən böyük ehsan (kərəm) sahibisən! (Allah Süleymanın duasını qəbul buyurdu. Ona həm peyğəmbərlik, həm də padşahlıq əta etdi).

[38:36]

Biz küləyi ona ram etdik. Külək onun əmri ilə istədiyi yerə rahatca gedirdi.

[38:37]

(Biz) şeytanlardan olan hər bir bənnanı və qəvvası,

[38:38]

Eləcə də başqalarını (digər şeytanları) zəncirlənmiş halda (onun ixtiyarına verdik)

[38:39]

(Və ona belə buyurduq: ) "Bu Bizim ehsanımızdır, (ondan kimə istəsən) ver, yaxud (saxlayıb) vermə! O, saysız-hesabsızdır (səndən bu ne'mətlər barəsində haqq-hesab tələb olunmayacaqdır)".

[38:40]

Həqiqətən, o, (qiyamət günü) dərgahımıza yaxın olacaq və onun qayıdıb gələcəyi yer də gözəl olacaqdır (yaxud onun üçün dünyada çoxlu ne'mət, axirətdə isə gözəl sığınacaq - Cənnət vardır).

[38:41]

(Ya Peyğəmbər!) bəndəmiz Əyyubu da yad et! Bir zaman o öz Rəbbinə müraciətlə belə demişdi: "Şeytan mənə bəla və əzab toxundurmuşdur!"

[38:42]

(Ona belə buyurduq: ) "Ayağınla (yerə) vur! Bu, (yerdən çıxan bulaq) yuyunacaq və içiləcək sərin (sudur)!" (Əyyub o su ilə qüsl edib ondanən kimi bütün xəstəlikləri getdi).

[38:43]

Dərgahımızdan bir mərhəmət və ağıl sahiblərinə bir ibrət olsun deyə, ona ailəsini və üstəlik bir o qədər də (oğul-uşaq) bağışladıq.

[38:44]

(Əyyub xəstə olduğu zaman övrəti bir iş dalınca harasa getmiş, yubanıb çox gec gəlmişdi. Bundan hirslənən Əyyub sağaldıqdan sonra ona yüz çubuq vuracağına and içmişdi. Əyyubun öz andına əməl etməsi, həm də zövcəsinin cəsasının yüngülləşdirilməsi üçün ona belə buyurduq: ) "Əlinə (yüz yaş və ya quru çubuqdan ibarət) bir dəstə götür və onunla (övrətini) vur. Andını pozma. Biz onu (müsibətlərə) səbr edən gördük. Nə gözəl bəndə! O, (daim Allaha) sığınan bir kimsə idi.

[38:45]

(Ya Rəsulum!) Qüvvət və bəsirət sahibi olan bəndələrimiz İbrahimi, İshaqı və Yə'qubu da yad et!

[38:46]

Biz yurdu (axirət yurdunu) anmaq xislətini onlara məxsus elədik. (Onlar naz-ne'mətə, şan-şöhrətə uymayıb ömürlərini Allaha ibadət və itaət içində keçirdər, dünyalarından daha çox axirətləri haqında düşünərdilər).

[38:47]

Şübhəsiz ki, onlar dərgahımızdan seçilmiş ən yaxşı kimsələrdəndirlər!

[38:48]

(Ya Peyğəmbər!) İsmaili, (İlyasın əmisi oğlu) əl-Yəsə'i və Zül-Kifli də xatırla! Onların hamısı seçilmiş, ən yaxşı kimsələrdəndir!

[38:49]

Bu, (onları tə'riflə, minnətdarlıqla) yada salmaqdır (yaxud bu Qur'an sənin özün və ümmətin üçün bir öyüd-nəsihətdir). Allahdan qorxub pis əməllərdən çəkinənləri gözəl bir qayıdış yeri (Cənnət) gözləyir!

[38:50]

Qapıları onlar üçün (taybatay) açılmış Ədn cənnətləri!

[38:51]

Onlar orada (taxtlara) söykənib cürbəcür meyvələr və içkilər (cənnət içkiləri) istəyəcəklər.

[38:52]

Onların yanında gözlərini (yalnız ərlərinə) dikmiş həmyaşıdlar (hamısı otuz üç yaşında zövcələr) olacaqdır.

[38:53]

Haqq-hesab günü üçün (axirətdə) və'd olunduğunuz (ne'mətlər) bunlardır.

[38:54]

Bu, əlbəttə, Bizim ruzimizdir. O bitməz-tükənməzdir.

[38:55]

Bu belə! Şübhəsiz ki, azğınları (Allaha asi olanları) da çox pis qayıdış yeri -

[38:56]

Cəhənnəm (gözləyir). Onlar ora vasil olacaqlar. O necə də pis bir məskəndir!

[38:57]

Bu, qaynar su və irindir. Qoy onu dadsınlar!

[38:58]

(Cəhənnəmdə) ona bənzər daha başqa-başqa (əzablar) vardır.

[38:59]

(Mələklər kafirlərin dünyadakı başçılarına onlara tabe olanları göstərib deyəcəklər: ) "Bu sizinlə birlikdə (Cəhənnəmə) daxil olan dəstədir. (Başçılar deyəcəklər: ) "Onlar rahatlıq üzü görməsinlər! (Onlara salam olmasın!) Onlar Cəhənnəmə daxil olanlardır!"

[38:60]

(Tabe olanlar da öz başçılarına) belə deyəcəklər: "Xeyr, siz elə özünüz rahatlıq üzü görməyəsiniz! (Sizin özünüzə salam olmasın!) Bunu bizim üçün siz hazırladınız (bu əzaba, küfrə bizi siz uğratdınız). Bir baxın (bu Cəhənnəm) necə də pis məskəndir!

[38:61]

Onlar deyəcəklər: "Ey Rəbbimiz! Buna (bu əzaba) bizi kim uğradıbsa, onun əzabını Cəhənnəmdə ikiqat elə!"

[38:62]

(Azğınlar, Allaha asi olanlar bir-birinə) deyəcəklər: "(Dünyada) pis adamlar saydığımız kəsləri (yoxsul mö'minləri) niyə burda görmürük?

[38:63]

Biz onları məsxərəyə qoyurduq. Yoxsa onlar (burada olduqları halda) gözə dəymirlər?!"

[38:64]

Şübhəsiz ki, bu - cəhənnəm əhlinin bir-biri ilə bu cür çəkişməsi (çənə-boğaz olması) bir həqiqətdir!

[38:65]

(Ya Rəsulum!) De: "Mən yalnız (sizi Allahın əzabı ilə) qorxudan bir peyğəmbərəm. Bir olan, (hər şeyi) qəhr edən Allahdan başqa heç bir tanrı yoxdur!

[38:66]

O, göylərin, yerin və onların arasında olanların (bütün məxluqatın) Rəbbidir! O, yenilməz qüvvət sahibidir, çox bağışlayandır.

[38:67]

De: "O (Qur'an Allah dərgahından nazil olan) çox böyük xəbərdir!

[38:68]

Siz isə ondan üz döndərirsiniz!

[38:69]

(Mələklər Adəmin yaradılması barədə Allahla) mübahisə apararkən mənim yuxarı aləmdən heç bir xəbərim yox idi.

[38:70]

(Bütün onlar) mənə ancaq (sizi Allahın əzabı ilə) qorxudan bir peyğəmbər olduğum üçün bir vəhy olunur!"

[38:71]

(Ya Peyğəmbər!) Xatırla ki, o zaman sənin Rəbbin mələklərə belə demişdi: "Mən palçıqdan bir insan (Adəmi) yaradacağam.

[38:72]

Mən onu tamamlayıb (insan şəklinə salıb) ?z ruhumdan (?zümün yaratdığı ruhdan) üfürən (can verən) kimi ona (hörmət əlaməti olaraq) səcdə edin!"

[38:73]

Buna görə də mələklərin hamısı birlikdə (Adəmə) səcdə etdi;

[38:74]

Yalnız İblisdən başqa! O (səcdə etməyə) təkəbbür göstərdi və kafirlərdən oldu.

[38:75]

(Allah) buyurdu: "Ey İblis! Sənə mənim ?z əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?"

[38:76]

(İblis) dedi: "Mən ondan daha yaxşıyam (daha üstün, daha şərəfliyəm). Cünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!"

[38:77]

(Allah) buyurdu: "Cıx ordan (Cənnətdən). Sən (Mənim rəhmətimdən, dərgahımdan) qovulmuşun birisən!

[38:78]

Qiyamət gününə qədər Mənim lə'nətim sənin üstündən əskik olmasın!"

[38:79]

(İblis) dedi: "Ey Rəbbim! Qiyamət gününə qədər mənə möhlət ver!"

[38:80]

(Allah) buyurdu: "Sən möhlət verilənlərdənsən,

[38:81]

(Dərgahımda) vaxtı mə'lum olan günə (qiyamətə) qədər!"

[38:82]

(İblis) dedi: "Sənin izzətinə-qüdrətinə and olsun ki, onların (Adəm övladının) hamısını (haqq yoldan) azdıracağam;

[38:83]

Yalnız Sənin sadiq bəndələrindən başqa!

[38:84]

(Allah) buyurdu, "Həqiqətən, doğru deyirəm,

[38:85]

And olsun ki, Mən Cəhənnəmi səninlə (sənin cinsindən olanlarla) və sənə uyanların hamısı ilə dolduracağam!"

[38:86]

(Ya Peyğəmbər!) De: "Mən buna (risaləti, Allahın hökmlərini təbliğ etməyə) görə sizdən heç bir əcr (mükafat) istəmirəm. Və mən özümdən bir şey uydurub deyənlərdən də deyiləm! (Allahdan mənə nə vəhy olunursa, yalnız onu sizə çatdırıram. Bu Qur'an mənim sözüm deyil, Allah kəlamıdır!)

[38:87]

Bu (Qur'an) aləmlərə (həm insanlara, həm də cinlərə) ancaq bir öyüd-nəsihətdir!

[38:88]

Siz onun verdiyi xəbəri (Qur'anda deyilənlərin doğru olduğunu) bir müddətdən (öləndən, yaxud qiyamət qopandan) sonra mütləq biləcəksiniz!"

 

Az-Zumar

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[39:1]

Kitabın (Qur'anın) nazil edilməsi yenilməz qüvvət, hikmət sahibi Allah tərəfindəndir!

[39:2]

(Ya Peyğəmbər!) Biz Kitabı sənə haqq olaraq nazil etdik. Buna görə sən də dini məhz Allaha aid edərək yalnız Ona ibadət et! (Bütpərəstlər kimi Ona şərik qoşma. Allaha ixlasla tapın!)

[39:3]

Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur. Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: "Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!" (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində (qiyamət günü) onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz!

[39:4]

Əgər Allah özünə övlad götürmək istəsəydi, yaratdıqlarından istədiyini (özü də ən mükəmməlini) seçərdi. O, pakdır, müqəddəsdir! (Allaha övlad götürmək yaraşmaz. Bütün kainat Allahın qüdrət əsəri ola-ola Onun övlada nə ehtiyacı vardır?!) O, bir olan, (hər şeyi) qəhr edən (hər şeyə gücü yetən) Allahdır!

[39:5]

(Allah) göyləri və yeri haqq olaraq (hikmətlə) yaratdı. O, gecəni gündüzə, gündüzü də gecəyə qatar (gah gündüzü, gah da gecəni uzadar). O günəşi və ayı ram (bəndələrinin mənafeyinə tabe) etdi. Onların hər biri müəyyən bir müddətədək (qiyamət gününə qədər) hərəkət edər. Agah olun ki, O, yenilməz qüvvət sahibidir, (günahları) çox bağışlayandır!

[39:6]

Allah sizi tək bir nəfərdən (Adəmdən) xəlq etdi. Sonra onun özündən həmtayını (Həvvanı) yaratdı. O, (dəvə, inək, qoyun və keçi kimi) heyvanlardan (erkək və dişi olmaqla) səkkiz cift (baş) əmələ gətirdi. O sizi analarınızın bətnində üç zülmət (pərdə, uşaqlıq və qarın) içində yaranışdan-yaranışa salaraq yaradır (nütfəni laxtalanmış qana, laxtalanmış qanı bir parça ətə, əti sümüyə çevirir, sonra sümüyü ətlə örtüb insan şəklinə salır). Bu sizin Rəbbiniz olan Allahdır, hökm Onundur, Ondan başqa heç bir tanrı yoxdur. Elə isə (Allaha ibadət etmək əvəzinə bütlərə tapınmaqla haqqdan) necə döndərilirsiniz? (İmandan necə dönürsünüz?)

[39:7]

Əgər küfr etsəniz (Allahın ne'mətlərini dansanız, bunun zərəri Allaha yox, ancaq sizin özünüzə olar). Cünki Allah sizə (sizin ibadətinizə) əsla möhtac deyildir. Amma bəndələrinin küfr etməsi Ona xoş getməz. Əgər (Allahın ne'mətlərinə) şükür etsəniz, sizin bu şükrünüz Ona xoş gələr. Heç bir günahlar başqasının günahını daşımaz (hərə öz günahına cavabdehdir). Sonra Rəbbinizin hüzuruna qayıdacaqsınız. O sizə (dünyada) nə etdiklərinizi (bir-bir) xəbər verəcəkdir. Həqiqətən, Allah ürəklərdə olanları biləndir!

[39:8]

İnsana bir zərər toxunduqda tövbə edərək Rəbbinə yalvarar. Sonra (Allah ?z) dərgahından ona bir ne'mət əta etsə, əvvəlcə kimə dua etmiş olduğunu unudar və (xalqı) Allah yolundan (islam dinindən) çıxartmaq üçün Ona şəriklər qoşar. (Ey Peyğəmbər! Ona) De: "Hələ küfrünlə bir müddət dövran sür. Şübhəsiz ki, sən cəhənnəm əhlindənsən!"

[39:9]

Məgər axirətdən qorxan, Rəbbinə (Allahın mərhəmətinə) ümid bəsləyən, gah səcdəyə qapanıb, gah da ayaq üstə durub gecə saatlarını ibadət içində keçirən (müt'i bəndə kafirlə bildirmi)?! De: "Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?! (Allahın ayələrindən, dəlillərindən) yalnız ağıl sahibləri ibrət alar!"

[39:10]

(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: "Ey Mənim iman gətirən bəndələrim! Rəbbinizdən qorxun. Bu dünyada yaxşılıq edənlərə (axirətdə) yaxşılıq (Cənnət) vardır. Allahın yeri genişdir (sizə bir çətinlik üz versə, başqa ölkələrə hicrət edə bilərsiniz). Yalnız (dünyada Allah yolunda çətinliklərə) səbr edənlərə (axirətdə) saysız-hesabsız mükafat veriləcəkdir!"

[39:11]

De: "Mənə dini (itaəti) məhz Allaha məxsus edərək yalnız Ona ibadət etmək əmr olunmuşdur!

[39:12]

Mənə (bu ümmətdən) ilk müsəlman olmaq buyurulmuşdur!"

[39:13]

De: "Əgər Rəbbimə asi olsam. . , doğrusu, böyük günün (müdhiş günün, qiyamətin) əzabından qorxuram!"

[39:14]

De: "Mən Allaha dinimi (ibadət və itaətimi) yalnız Ona məxsus edərək (heç bir şərik qoşmadan) tapınıram!

[39:15]

Siz də Ondan başqa istədiyinizə ibadət edin!" De: "Əsl ziyan çəkənlər (axirəti əldən verənlər) qiyamət günü özlərini və ailələrini (özlərinə bağlı olanları) ziyana uğradanlardır. Bax, açıq-aşkar ziyan budur!"

[39:16]

Onların üstlərində və altlarında oddan sipər (kölgəlik) vardır. Allah ?z bəndələrini bununla (bu əzabla) qorxudur. Ey bəndələrim! Məndən qorxun!

[39:17]

Tağuta (Şeytana, bütlərə) ibadət etməkdən çəkinib tövbə edərək Allaha tərəf qayıdanları müjdə gözləyir. (Ya Peyğəmbər!) Bəndələrimə (Cənnətlə) müjdə ver!

[39:18]

O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!

[39:19]

(Ya Peyğəmbər!) Məgər sən haqqında (lövhi-məhfuzda) əzab sözü (hökmü) vacib olmuş kimsəni (qoruya bilərsənmi)?! Məgər sən Cəhənnəmdə olanı qurtara bilərsənmi?!

[39:20]

Lakin Rəbbindən qorxanları (Cənnətdə) bir-birinin üstündə tikilmiş otaqlar (behiştin yüksək məqamları) gözləyir. Onların altından çaylar axar. Bu, Allahın və'didir. Allah və'də xilaf çıxmaz!

[39:21]

(Ya Peyğəmbər!) Məgər Allahın göydən yağış yağdırdığını, onu yer üzündəki bulaqlara axıtdığını, sonra onunla növbənöv əkin yetişdirdiyini görmürsənmi?! Sonra o (əkin) quruyar, sən onu saralmış görərsən. Sonra da (Allah) onu çör-çöpə döndərər. Həqiqətən, bunda ağıl sahibləri üçün ibrətlər vardır!

[39:22]

Məgər Allahın köksünü (qəlbini) islam üçün açmaqla Rəbbindən nur üzərində olan kəs (qəlbi möhürlənmiş kimsə kimi ola bilərmi)?! [Və ya: Məgər Allahın köksünü (qəlbini) islam üçün açdığı kəs Rəbbindən bir nur üzərində deyilmi?!] Elə isə vay qəlbləri Allahın zikrinə (Qur'ana) qarşı sərt olanların halına! Onlar (haqq-yoldan) açıq-aydın azmışlar.

[39:23]

Allah sözün ən gözəlini (Qur'anı, ayələri) bir-birinə bənzər, (xəbərləri və hekayətləri, əmrləri və qadağanları, və'dləri və təhdidləri) təkrarlanan bir kitab şəklində nazil etdi. Ondan (Qur'anın təhdidlərindən) Rəbbindən qorxanların tükləri biz-biz olar. Allahın zikrindən (öyüd-nəsihətlərindən, və'dlərindən) sonra ürəkləri yerinə gəlib qorxuları gedər. Bu (Qur'an) Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldər. Allahın (küfr edəcəyini əzəldən bildiyi üçün) yoldan çıxartdığı kimsəyə isə heç bir yol göstərən olmaz!

[39:24]

Məgər qiyamət günü (əli bağlı olduğu üçün) şiddətli əzabdan üzü ilə qorunan (yaxud cəhənnəm oduna üzüstə atılan kəs əzabdan əmin olan və ya Cənnətə daxil olan kimsə kimi ola bilərmi)?! Zalımlara (kafirlərə): "Etdiyiniz əməllərin cəzasını dadın!" - deyilər.

[39:25]

Onlardan (Məkkə müşriklərindən) əvvəlkilər də (peyğəmbərləri) təkzib etmişdilər. Buna görə də heç özləri bilmədikləri yerdən onlara əzab gəlmişdi.

[39:26]

Allah rüsvayçılığı onlara dünyada daddırdı. Axirət əzabı isə daha şiddətlidir. Kaş biləydilər!

[39:27]

Biz bu Qur'anda insanlar üçün hər çür məsəl çəkdik ki, bəlkə, öyüd-nəsihət qəbul etsinlər!

[39:28]

Biz (onlara) nöqsansız-qüsursuz (heç bir əyri-üyrülüyü, dolaşıqlığı olmayan) ərəbcə bir Qur'an nazil etdik ki, Allahdan qorxub pis əməllərdən çəkinsinlər.

[39:29]

Allah (müşriklərlə müvəhhid mö'minlər barəsində) bir məsəl çəkir: "Bir adamın (kölənin) bir-biri ilə çəkişən (pis xasiyyətli) bir neçə şərikli ağası var (hərəsi onu haqqı çatan qədər işlədir). Başqa bir adamın da yalnız bir ağası var (təkcə ona xidmət edir). Onların hər ikisi vəziyyətcə eyni ola bilərmi?! Həmd (şükür və tə'rif) ancaq Allaha məxsusdur, lakin onların (müşriklərin) əksəriyyəti (bu həqiqəti) bilməz!

[39:30]

(Ya Peyğəmbər!) Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər!

[39:31]

Sonra siz qiyamət günü Rəbbinizin hüzurunda mübahisə edəcəksiniz.