تجاوز إلى المحتوى

Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) həyatı.

32 درسًا • افتح أي سؤال لقراءة الإجابة

1Sual 1: Peyğəmbərimiz Muhəmmədin (Allahın salavatı və salamı onun üzərinə olsun) nəsəbi nədir?

Cavab: O, Muhəmməd bin Abdullah bin Abdulmüttəlib bin Haşimdir. Haşim, Qureyş qəbiləsindəndir. Qureyş qəbiləsi isə Ərəb millətindəndir. Ərəb milləti isə İsmail zürriyyətindəndir. İsmail isə İbrahim peyğəmbərin - Ona və Peyğəmbərimizə Allahın salavatı və salamı onun üzərinə olsun - oğludur.

2Sual 2: Peyğəmbərimizin (Allahın salavatı və salamı onun üzərinə olsun) anasının adı nədir?

Cavab: Əminə bint Vəhb.

3Sual 3: Atası nə zaman vəfat etmişdir?

Cavab: Peyğəmbərimizin (Allahın salavatı və salamı onun üzərinə olsun) atası, Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) doğulmazdan öncə, anasının bətnində olarkən, Mədinədə vəfat etmişdir.

4Sual 4: Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) nə zaman dünyaya gəlmişdir?

Cavab: Fil ilinin Rabi əl-Əvval ayında, həftənin birinci günündə dünyaya göz açmışdır.

5Sual 5: Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) hansı şəhərdə dünyaya gəlmişdir?

Cavab: Məkkə şəhərində.

6Sual 6: Anasından savayı süd anaları və ona dayəlik edən qadınlar kimlərdir?

Cavab: Atasının kənizlikdən azad etdiyi Ummu Əymən.

- Əmisi Əbu Ləhəbin kənizlikdən azad etdiyi Suveybə.

- Həlimə əs-Sə'diyyə.

7Sual 7: Peyğəmbərimizin (Allahın salavatı və salamı onun üzərinə olsun) anası nə zaman vəfat etmişdir?

Cavab: Onun altı yaşı olarkən anası vəfat etmişdir. Bundan sonra onu babası Abdulmuttalib himayə etmişdir.

8Sual 8: Babası Abdul-Muttalib vəfat etdikdəkən sonra ona kim himayədarlıq etmişdir?

Cavab: Babası Abdul-Muttalib onun səkkiz yaşında olarkən vəfat etmişdir. Bunda sonra ona əmisi Abu Talib himayədarlıq etmişdir.

9Sual 9: Əmisi ilə birgə Şama nə zaman səfər etmişdir?

Cavab: Əmisi ilə birgə Şama on iki yaşında ikən səfər etmişdir.

10Sual 10: İkinci səfəri nə zaman olmuşdur?

Cavab: İkinci səfəri isə Xədicənin (Allah ondan razı olsun) malı ilə ticarə edərkən olmuşdur. Bu səfərindən geri döndükdən sonra Xədicə (Allah ondan razı olsun) ilə ailə həyatı qurmuşdur. Peyğəmbərimizin (Allahın salavatı və salamı onun üzərinə olsun) o zaman iyirmi beş yaşı var idi.

11Sual 11: Qureyş qəbiləsi Kəbəni nə zaman yenidən inşa etmişdir?

Cavab: Qureyş qəbiləsi Kəbəni Peyğəmbərimizin (Allahın salavatı və salamı onun üzərinə olsun) otuz beş yaşı olarkən yenidən inşa etmişdir.

Qureyş qəbiləsi Kəbəni yenidən inşa etdikdən sonra öz aralarında hansı qəbilənin "əl-Həcərul-Əsvəd" daşını Kəbədəki yerinə qoyacağı barədə ixtilaf etdilər və nəhayət aralarında Peyğəmbərimizin (Allahın salavatı və salamı onun üzərinə olsun) bu iş barəsində hökm vermələrinə razı oldular. Peyğəmbərimiz də (Allahın salavatı və salamı onun üzərinə olsun) "əl-Həcərul-Əsvəd" daşını bir paltar içərisinə qoyub, hər bir qəbiləyə o paltarın bir tərəfindən qaldırıb, Kəbədəki yerinə yaxınlaşdırmağı əmr etdi. Onlar o zaman dörd qəbilədən idarət idilər. Onlar "əl-Həcərul-Əsvəd" daşını qaldırıb Kəbədəki yerinə yaxınlaşdırdıqları zaman Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) öz şərəfli əlləri ilə "əl-Həcərul-Əsvəd" daşını paltardan götürüb Kəbədəki yerinə qoydu.

12Sual 12: Neçə yaşında olarkən ona peyğəmbərlik verilmişdir və o kimlərə peyğəmbər göndərilmişdir?

Cavab: Ona qırx yaşında peyğəmbərlik verilmişdir və o, bütün insanlara müjdələyən və xəbərdarlıq edən bir peyğəmbər olaraq göndərilmişdir.

13Sual 13: İlk vəhy necə nazil olmuşdur?

Cavab: İlk vəhy doğru yuxular görmək vasitəsi ilə nazil olmuşdur.

14Sual 14: Ona vəhy nazil edilməzdən öncə halı necə idi və ilk dəfə ona vəhy nə zaman nazil edilmişdir?

Cavab: Ona vəhy nazil edilməzdən öncə özü ilə azüqə götürərək Hira mağarasına gedər və orada Allaha ibadət edərdi.

İlk dəfə vəhy, o, Hira mağarasında ibadət edərkən nazil edilmişdir.

15Sual 15: Qurandan ən birinci hansı ayələr nazil edilmişdir?

Cavab: Uca Allahın bu sözləri: 1. ﴾ٱقۡرَأۡ بِٱسۡمِ رَبِّكَ ٱلَّذِي خَلَقَ﴿ [İqra bi-ismi Rabbikəl-ləzi xaləq] "Yaradan Rəbbinin adı ilə oxu!". 2 ﴾خَلَقَ ٱلۡإِنسَـنَ مِنۡ عَلَقٍ﴿ [Xaləqa-l-insənə min aləq] "O, insanı qan laxtasından yaratdı". 3 ﴾ٱقۡرَأۡ وَرَبُّكَ ٱلۡأَكۡرَمُ﴿ [İqra va Rabbukə-l-Əkram] "Oxu! Sənin Rəbbin (müqayisəsiz) səxavətə malikdir." 4 ﴾ٱلَّذِي عَلَّمَ بِٱلۡقَلَمِ﴿ [Əlləzi alləmə bil-qaləm] "O, qələmlə (yazmağı) öy­rət­di". 5 ﴾عَلَّمَ ٱلۡإِنسَـنَ مَا لَمۡ يَعۡلَمۡ﴿ [Alləmə-l-insənə mə ləm ya'ləm] "İnsana bilmədiklərini öy­rətdi". (əl-Aləq surəsi: ayə: 1-5).

16Sual 16: Onun risaləsinə ilk öncə kim iman gətirmişdir?

Cavab: Kişilərdən: Əbu Bəkir əs-Siddiq, qadınlardan: Xədicə bint Xuveylid, uşadlardan: Əli bin Əbi Talib, azad etdiyi kölələrdən: Zeyd bin Hərisə və qullardan isə Bilal əl-Həbəşi (Allah onlardan və bütün səhabələrdən razı olsun) iman gətirmişdir.

17Sual 17: İslama dəvət necə aparılırdı?

Cavab: Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) İslama üç il gizli dəvət etmiş, bu müddətdən sonra isə Uca Allah ona, dəvəti açıq-aşkar etməyi əmr etmişdir.

18Sual 18: Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) və Ona iman gətirənlər İslama açıq-aşkar dəvət etdikdən sonra hansı müsibətlərlə məruz qalmışdılar?

Cavab: Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) və Ona iman gətirənlər İslama açıq-aşkar dəvət etdikdən sonra Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) və müsəlmanlar müşriklər tərəfindən şiddətli əzab-əziyyətə məruz qaldılar. Müşriklərin müsəlmanlara etdikləri əzab-əziyyətin şiddətini görən Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) müsəlmanlara Həbəşistana, Nəcaşinin yanına hicrət etməyə icazə verdi.

Müşriklər Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) o qədər əziyyət verdilər ki, hətta öz aralarında onu öldürmək qərarına gəldilər. Lakin Allah onu müşriklərin şərindən qorudu və Onu əmisi Əbu Talib vasitəsi ilə onların qurduqları hiylədən himayə etdi.

19Sual 19: Peyğəmbərliyin onuncu ilində kim vəfat etmişdir?

Cavab: Onun əmisi Əbu Talib və zövcəsi Xədicə (Allah ondan razı olsun) vəfat etmişdirlər.

20Sual 20: İsra və Merac nə vaxt olmuşdur?

Cavab: İsra və Merac Peyğəmbərimizin (Allahın salavatı və salamı onun üzərinə olsun) əlli yaşında olmuşdur. O gecə Uca Allah, Peyğəmbərimizə (Allahın salavatı və salamı onun üzərinə olsun) beş vaxt namaz qılmağı fərz etmişdir.

İsra: Məscidül-Haramdan Məscidül-Aqsaya olmuşdur.

Merac: Məscidül-Aqsadan səmaya, Sidrətül-Müntəhaya olmuşdur.

21Sual 21: Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) Məkkə xaricindən olan insanları İslama necə dəvət edərdi?

Cavab: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun), Mədinə əhlindən olan Ənsarlar gəlib Peyğəmbərimizə (Allahın salavatı və salamı onun üzərinə olsun) iman gətirib Ona, Mədinəyə gələcəyi təqdirdə dəvətinə yardım edəcəkllərinə dair beyət edənə qədər, Taif əhlini və həmçinin Həcc mövsümündə və insanların toplaşdığı yerlərdə insanları İslama dəvət edərdi.

22Sual 22: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Məkkədə necə il İsalama dəvət etdi?
23Sual 23: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) hara hicrət etmişdir?

Cavab: Məkkədən Mədinəyə.

24Sual 24: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Mədinədə necə il qalmışdır?
25Sual 25: Mədinədə olduğu müddət ərzində ona İslam şəriətindən hansı hökmlər fərz edildi?

Cavab: Ona İslam şəriətindən: zəkat, oruc, həcc, cihad, azan və s. hökmlər fərz edildi.

26Sual 26: Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) ən mühüm döyüşləri hansılardır?

Cavab: Böyük Bədir döyüşü.

Uhud döyüşü.

Əhzab döyüşü.

Məkkənin fəthi döyüşü.

27Sual 27: Qurandan ən axırıncı hansı ayə nazil edilmişdir?

Cavab: Uca Allahın bu sözləri: ﴾Allahın dərgahına qaytarılacağınız gündən qorxun! Sonra hər kəsə qazandığının əvəzi büsbütün veriləcək və onlara zülm olunmayacaqdır﴿. (əl-Bəqərə surəsi, ayə: 281).

28Sual 28: Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) nə vaxt vəfat etmişdir və o zaman necə yaşı var idi?

Cavab: Hicrətin on birinci ilinin, Rabi əl-Əvval ayında, altımış üç yaşında vəfat etmişdir.

29Sual 29: Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) zövcələrinin adlarını zikir et.

Cavab: 1- Xədicə bint Xuveylid (Allah ondan razı olsun).

2- Söudə bint Zəm'ah (Allah ondan razı olsun).

3- Aişə bint Əbu Bəkr əs-Sıddiq (Allah ondan razı olsun).

4- Hafsa bint Ömər (Allah ondan razı olsun).

5- Zeynəb bint Xuzeymə (Allah ondan razı olsun).

6- Ummu Sələmə Hind bint Əbi Umeyyə (Allah ondan razı olsun).

7- Ummu Həbiybə Ramlə bint Əbi Sufyan (Allah ondan razı olsun).

8- Cuveyriyyə bint əl-Həris (Allah ondan razı olsun).

9- Meymunə bint əl-Həris (Allah ondan razı olsun).

10- Safiyyə bint Huyyey (Allah ondan razı olsun).

11- Zeynəb bint Cahş (Allah ondan razı olsun).

30Sual 30: Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) övladlarının adlarını sadala.

Cavab: Oğlanlardan üç övladı olub

əl-Qasim. Bu ad, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) künyəsı idi.

Abdullah.

İbrahim.

Qızlardan isə:

Fatimə.

Ruqiyyə.

Ummu Kulsum.

Zeynəb.

İbrahimdən başqa bütün övladları Xədicədən (Allah ondan razı olsun) dünyaya gəlmişdir. Fatimədən başqa bütün övladları onun sağlığında ikən vəfat etmişdirlər. Fatimə isə Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) dünyasını dəyişdikdən altı ay sonra vəfat etmişdir.

31Sual 31: Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) bəzi yaradılış vəsflərini qeyd et.

Cavab: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) nə hündür boy, nə də qısa boy idi, əksinə bunların arasında orta boyu olan biri idi. Vücudu qırmızıya çalan açıq bəyaz rəngdə idi. Saqqalı sıx, gözləri iri, iri ağızlı, saçları zil qara, çiyinləri geniş, gözəl qoxulu və s. bu kimi gözəl yaradılış xüsusiyətlərini özündə cəm etmiş bir insan idi.

32Sual 31: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ümmətini nəyin üzərində tərk edib getmişdir?

Cavab: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) öz ümmətini, gecəsi gündüzü kimi nurlu bir yol üzərində tərk edib getdi. Onun qoyduğu yol elə bir yoldur ki, bu yoldan yalnız həlak olan kimsələr azar. O ümmətini bütün xeyirlərə yönəldib və bütün şərlərdən çəkindirərək axirətə köçüb.