[100:10]

Urəklərdə olanlar faş ediləcəyi zaman

[100:11]

Həmin gün Rəbbi onları (özlərinin bütün əməllərindən) xəbərdar edəcəkdir (cəzalarını verəcəkdir)!

 

Al-Qâri‘ah

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[101:1]

Urəkləri dəətə salan qiyamət!

[101:2]

Nədir qiyamət?!

[101:3]

Sən nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?!

[101:4]

O gün insanlar kəpənək kimi ətrafa səpələnəcək (çəyirtkə kimi bir-birinə qatışacaq);

[101:5]

Dağlar isə didilmiş yun kimi olacaqdır!

[101:6]

(O gün) tərəzisi ağır gələn (yaxşı əmələri pis əməllərdən çox olan) kimsə,

[101:7]

(Cənnətdə) xoş güzəran içində olacaq!

[101:8]

Tərəzisi yüngül gələn (yaxşı əməlləri pis əməllərdən az olan) kimsənin isə,

[101:9]

Məskəni Haviyə (Cəhənnəmin dibi) olacaqdır!

[101:10]

Sən nə bilirsən ki, o (Haviyə) nədir?!

[101:11]

O çox qızmar bir atəşdir!

 

At-Takâthur

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[102:1]

(Ey qafil insanlar!) Coxluq (mal-dövlət, oğul-uşaq və qohum-əqraba çoxluğu) ilə öyünmək sizi o qədər şirnikləndirdi (başınızı o qədər qatdı) ki,

[102:2]

Hətta (məzarlarda yatan ölülərinizi sayıb, onların da çoxluğu ilə fəxr etməyiniz üçün) qəbirləri ziyarət etdiniz. [Və ya (axirətiniz üçün əsla çalışmadan) ölüb getdiniz (ölənə qədər bu halınızda davam etdiniz)].

[102:3]

Xeyr! (Belə yaramaz!). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini) mütləq biləcəksiniz!

[102:4]

Xeyr, xeyr! (Belə yaramaz). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini) mütləq biləcəksiniz!

[102:5]

Xeyr, əgər (qiyamət günü sizə nə ediləcəyini) tam yəqinliklə bilsəydiniz (fani dünya malına uymazdınız)!

[102:6]

(Ey müşriklər! Qiyamət günü) siz o Cəhənnəmi mütləq görəcəksiniz!

[102:7]

Bəli, siz (Cəhənnəmə vasil olduqdan sonra) onu mütləq öz gözünüzlə görəcəksiniz!

[102:8]

Sonra da həmin gün (Allahın dünyada sizə əta etdiyi) ne'mətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!