[78:31]

Həqiqətən, müttəqilərin nicat yeri (Cənnət),

[78:32]

Bağçalar və üzüm bağları,

[78:33]

Sinələri yenicə qabarmış (dolmuş, tumurcuqlanmış, gözəllikdə və məlahətdə bir-birinə bənzər) həmyaşıd qızlar.

[78:34]

(Cənnət şərabı ilə) dolu qədəhlər gözləyir!

[78:35]

Onlar orada (Cənnətdə) nə boş söz, nə də yalan eşidəcəklər.

[78:36]

(Bu, müttəqilərə) Rəbbindən olan mükafat, artıqlaması ilə verilən bəxşişdir -

[78:37]

Göylərin, yerin və onların arasındakıların Rəhman olan Rəbbindən (göndərilən bəxşişdir). Onlar (məxluqat) Onun hüzurunda heç bir söz deməyə qadir olmazlar!

[78:38]

Ruhun (Cəbrailin) və mələklərin səf-səf duracağı gün Rəhmanın izin verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq, danışan da doğrunu deyəcəkdir!

[78:39]

Bu, haqq olan gündür. Kim dilərsə, (iman gətirib ibadət və itaət etməklə) Rəbbinə tərəf qayıdan bir yol tutar!

[78:40]

Həqiqətən, Biz sizi yaxın bir əzabla (qiyamət gününün əzabı ilə) qorxutduq. O gün insan öz əlləri ilə etdiyi (yaxşı, pis) əməlləri görəcək, kafir isə: "Kaş (bu əzabı görməmək üçün) torpaq olaydım!" - deyəcəkdir.

 

An-Nâzi‘ât

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[79:1]

And olsun (kafirlərin canını) zorla alanlara;

[79:2]

And olsun (mö'minlərin canını) rahatlıqla alanlara;

[79:3]

And olsun sür'ətlə üzənlərə;

[79:4]

And olsun (bir-birini) ötdükcə ötənlərə;

[79:5]

And olsun işə əncam çəkənlərə (Allahın əmri ilə dünyanın işlərini idarə edən mələklərə ki, qiyamət haqdır və siz qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracaqsınız)!

[79:6]

O gün sarsılan sarsılacaq (surun birinci üfürülməsi ilə yer, göy lərzəyə gələcək),

[79:7]

Onun ardınca bir sarsıntı da olacaqdır! (Sur ikinci dəfə üfürüləcəkdir. İsrafil suru birinci dəfə çaldıqda hər şey məhv olacaq, ikinci dəfə çaldıqda isə hamı diriləcəkdir. Bunların arası dünya vaxtı ilə müqayisədə qırx il çəkəcəkdir).

[79:8]

O gün ürəklər qorxub titrəyəcək,

[79:9]

Gözləri (o ürəklərin sahib olduğu gözlər dəətdən) zəlilcəsinə yerə dikiləcəkdir.

[79:10]

(Qiyaməti inkar edən kafirlər dünyada istehza ilə) deyirlər: "Doğrudanmı biz (öləndən sonra dirilib) əvvəlki vəziyyətimizə qaytarılacağıq?!

[79:11]

?zü də çürümüş sümüklər olduğumuz zamanmı?!"

[79:12]

Onlar deyirlər: "Elə isə bu ziyanlı dönüşdür (çünki onun arxasında şiddətli bir əzab durur).

[79:13]

(Ey kafirlər! Bu, Allah üçün çətin deyildir). Doğrudan da, o (surun axırıncı dəfə çalınması) ancaq tək bir dəətli səsdir (nə'rədir)!

[79:14]

Onlar dərhal (qəbirlərindən çıxıb) dümdüz bir yerdə olacaqlar!

[79:15]

(Ya Peyğəmbər!) Musanın hekayəti (söhbəti) sənə gəlib çatdımı?