[43:34]

Eləcə də evlərinin qapılarını və söykəndikləri taxtları (gümüşdən düzəldərdik).

[43:35]

Və (bunlardan əlavə onları) qızıl bəzəklər (içində qərq edərdik, yaxud həmin şeyləri qızıldan düzəldərdik). Həqiqətən, bütün bunlar fani dünya malıdır. Axirət (Cənnət) isə sənin Rəbbinin yanında ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlər üçündur!

[43:36]

Hər kəs Rəhmanın zikrindən boyun qaçırsa, Biz ona Şeytanı urcah edərik və onun (Şeytanın) yaxın dostu olar.

[43:37]

(Şeytanlar) onları doğru yoldan çıxardar, onlar isə özlərinin haqq yolda olduqlarını güman edərlər!

[43:38]

Nəhayət, o, (qiyamət günü) hüzurumuza gəldikdə (öz yanında olan yoldaşına) belə deyər: "Kaş ki, mənimlə sənin aranda şərqlə qərb arasındakı məsafə qədər uzaqlıq olaydı. Sən nə pis yolda imişsən!"

[43:39]

Bu gün (peşmançılığınız) sizə heç bir fayda verməz. Siz birlikdə zülm (küfr) etdiyinizə görə əzaba da ortaqsınız!

[43:40]

(Ya Peyğəmbər!) Məgər sən karlara (sözmü) eşitdirə bilərsən?! Yaxud korları, haqq yoldan açıq-aşkar azanları doğru yolamı yönəldə bilərsən?!

[43:41]

Əgər Biz səni (onlara əzab verməmişdən əvvəl ?z dərgahımıza) götürüb aparsaq, (bil ki, qiyamət günü) onlardan mütləq intiqam alacağıq!

[43:42]

Yaxud (sən həyatda ikən) onlara və'd etdiyimizi (əzabı) göstərəcəyik. Həqiqətən, Biz onlara (əzab verməyə) qadirik!

[43:43]

Buna görə də sən özünə vəhy olunandan (Qur'andan) yapış. Həqiqətən, sən düz yoldasan!

[43:44]

Şübhəsiz ki, o (Qur'an) sənin üçün və sənin qövmün üçün şərəfdir (şərəfli bir xatırlama, öyüd-nəsihətdir). Siz (qiyamət günü Allahın əmrlərinə dünyada necə əməl etdiyiniz barədə) mütləq sorğu-sual olunacaqsınız!

[43:45]

Səndən əvvəl göndərdiyimiz peyğəmbərlərdən (onların ümmətlərinin alimlərindən və müxlis mö'minlərindən) soruş: "Biz Rəhmandan başqa ibadət olunası tanrılarmı müəyyən etmişik?!"

[43:46]

Biz Musanı ?z mö'cüzələrimizlə Fir'on və onun ə'yan-əşrafının yanına göndərmişdik. O demişdi: "Mən aləmlərin Rəbbinin elçisiyəm!"

[43:47]

(Musa) mö'cüzələrimizi onlara gətirər-gətirməz onlar bu mö'cüzələrə lağ edib gülmüşdülər.