[17:50]

(Ya Rəsulum!) De: "(İstər) daş olun, yaxud dəmir!

[17:51]

Və ya ürəyinizdə (özünüzü dağlar, göylər kimi) böyük bir məxluq bilin! (Yenə diriləcəksiniz!)". Onlar deyəcəklər: "O halda bizi kim (yenidən dirildib həyata) qaytaracaqdır?" (Ya Rəsulum!) De: "İlk dəfə sizi yoxdan yaradan (Allah)!" Onlar (istehza ilə) sənə başlarını bulayıb: "Bu nə vaxt olacaqdır?" - deyə soruşacaqlar. De: "Bəlkə də, bu yaxın zamanda!"

[17:52]

O gün ki, Allah sizi (haqq-hesab üçün öz hüzuruna) çağıracaqdır. Siz də Ona (itaətlə yanaşı) şükür edərək (qəbirlərinizdən) dərhal çağırışına cavab verəcəksiniz və sizə elə gələcəkdir ki, (dünyada) çox az qaldınız!

[17:53]

(Ya Rəsulum!) Bəndələrimə de: "(Danışdıqları zaman "la ilahə illallah; yərhəmukəllah; yəğfiru ləkəllah" kimi) gözəl sözlər söyləsinlər (və ya müşrikləri imana də'vət edərkən onlarla xoş danışsınlar!)" Şeytan onların arasına fitnə-fəsad sala bilər. Həqiqətən, Şeytan insanın açıq-aşkar düşmənidir!

[17:54]

Rəbbiniz sizi daha yaxşı tanıyar (kimin mö'min, kimin kafir olduğunu çox gözəl bilir). İstəsə, sizə rəhm edər, istəsə, əzab verər. Biz səni onlara vəkil gözdərməmişik. (Sənin vəzifən yalnız islamı təbliğ etməkdir).

[17:55]

(Ya Rəsulum!) Rəbbin göylərdə və yerdə olanları (?zünün bütün yaratdıqlarını) çox gözəl tanıyır. Biz peyğəmbərlərin bə'zisini digərlərindən üstün etdik və Davuda Zəbur verdik.

[17:56]

De: "(Allahdan) başqa tanrı güman etdiklərinizi (köməyə) çağırın. Onlar sizi nə möhnətdən qorumağa, nə də onu dəyişməyə (sizdən sovuşdurub başqasına tərəf yönəltməyə) qadir deyillər!"

[17:57]

Onların tapındıqları tanrıların özlərindən hər hansı biri (Allah dərgahına) daha yaxın olsun deyə, Rəbbinə vəsilə axtarır, Onun rəhmətini umur, əzabından qorxur. Həqiqətən, Rəbbinin əzabı qorxuludur!

[17:58]

Elə bir məmləkət yoxdur ki, qiyamət günündən əvvəl Biz onun əhalisini məhv etməyək və ya onu şiddətli əzaba düçar etməyək. Bu, kitabda (lövhi-məhfuzda) yazılmışdır!