[12:38]

Mən ata-babalarım İbrahim, İshaq və Yə'qubun dininə tabe oldum. Bizə heç bir şeyi Allaha şərik qoşmaq yaraşmaz. Bu (tövhid) Allahın bizə və (bütün) insanlara bəxş etdiyi ne'mətdir, lakin insanların əksəriyyəti (Ona) şükür etməz!

[12:39]

Ey mənim iki zindan yoldaşım! (Sizə nə bir xeyir, nə də bir zərər verə bilən) ayrı-ayrı tanrılar daha yaxşıdır (ibadət olunmağa daha layiqdir), yoxsa bir olan, (hər şeyə) qadir (qalib) olan Allah?!

[12:40]

(Allahdan) qeyri ibadət etdikləriniz sizin və atalarınızın (özündən uydurub) qoyduğunuz (Allaha heç bir aidiyyəti olmayan) adlardan (bütlərdən) başqa bir şey deyildir. Allah isə onlara (ibadət edilməsinə dair) heç bir dəlil nazil etməmişdir. Hökm ancaq Allahındır. O sizə yalnız Onun ?zünə ibadət etmənizi buyurmuşdur. Doğru (həqiqi) din budur, lakin insanların çoxu (bu həqiqəti) bilməz!

[12:41]

Ey iki zindan yoldaşım! (Yuxularınızın mə'nasına gəldikdə) sizin biriniz yenə ağasına şərab içirdəcək, digəriniz isə e'dam olunacaq, quşlar da onun başından (dimdikləyib) yeyəcəklər. Haqqında soruşduğunuz iş belə həll edilmişdir!" (Birinizin həbsdən azad edilməsi, o birinizin asılması barəsində fərman verilmişdir!)

[12:42]

(Yusif) bu iki nəfərdən nicat tapacağını yəqin etdiyi kimsəyəərabpaylayana) dedi: "Ağanın yanında məni də yada sal!" Lakin Şeytan ona ağasının yanında (Yusifi) yada salmağı unutdurdu və buna görə də o (Yusif) bir neçə (yeddi və ya on iki) il zindanda qaldı.

[12:43]

(Bir gün) padşah (Misir padşahı) belə dedi: "Mən (yuxuda) yeddi arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin yeddi yaşıl və yeddi quru sünbül (quru sünbüllərin yaşıl sünbüllərin üstünə qalxıb bellərinə sarıldığını) gördüm. Ey ə'yanlar! Əgər yuxu yoza bilirsinizsə, mənim bu yuxumu yozun!"